Polşada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ATƏT-in Baş katibi Helqa Şmid arasında görüş keçirilib. Bu barədə Türkiyə XİN rəhbəri “Twitter”də bildirib. Nazirin sözlərinə görə, görüşdə Əfqanıstan, Qarabağ və Ukraynadakı son vəziyyət müzakirə olunub. Görüş zamanı ATƏT-də islahatlar barədə də müzakirə aparılıb.