Ceff Bezos “Amazon”un 5 milyard dollarlıq səhmlərini satışa çıxaracaq

“Amazon” kompaniyasının qurucusu Ceff Bezos elektron ticarət nəhənginin qiyməti rekord həddə çatan səhmlərinin bir hissəsini satmağı planlaşdırır.

Biznesmenin satışa çıxaracağı 25 milyon səhm ona təxminən 5 milyard dollar gəlir gətirəcək. Satış reallaşsa, Ceff Bezosun əlində təxminən 912 milyon “Amazon” səhmi və ya kompaniyanın qiymətli kağızlarının 8,8 faizi qalacaq.

Milyarder bu ilin fevralında təxminən 8,5 milyard dollar dəyərində səhm satmışdı.

“Amazon” kompaniyasının səhmləri ötən il 80 faiz, bu il isə 30 faizdən çox bahalaşaraq özünün ən yüksək səviyyəsinə – 200,43 dollara çatıb.

Qeyd edək ki, “Forbes” jurnalının versiyasına görə, Ceff Bezos 214,4 milyard dollarlıq sərvəti ilə dünyanın ikinci ən varlı adamıdır(azərtac).

Əvvəlki məqalə

Azərbaycanda qadınların iştirakçılığını məhdudlaşdıran amillər hansılardır?

Sonrakı məqalə

Şəkidə tanınmış göz həkimini maşın vurub