Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan feysbuk səhifəsində bildirib.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilir.

Xatırladaq ki, daha əvvəl Ermənistan XİN başçısının ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü keçirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib –

Sonrakı məqalə

İşğaldan azad olunan Xudafərin kəndinin görüntüləri –