Cenevrədə Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşü başa çatıb –YENİLƏNİB

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşü başa çatıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

Humanitar tədbirlərdən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.

**

Cenevrədə Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşü başa çatıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan məlumat verib.

“Görüş başa çatdı. Təfərrüatlar barədə hələki məluat yoxdur”-deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 30-da Cenevrdə Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü  keçirilib.

Görüş 6 saat davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Noyabrın 2-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək

Sonrakı məqalə

Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə açıqlama yaydı –