Çexiya Rusiyadakı səfirini geri çağırıb

Çexiya Rusiyadakı səfiri Vitzeslav Pivonkanı rəsmən geri çağırıb.

Bu barədə xəbəri “Radio Prague International” yayıb.

Mənbə ölkənin xarici işlər naziri Yan Lipavskiyə istinadla bildirib ki, uyğun namizəd tapılan kimi adı çəkilən ölkədə diplomatik fəaliyyətə başlayacaq.

V. Pivonkanın ölkəni 2022-ci ilin sonunda tərk etdiyi məlum olub. Bu tarixdən sonra rəsmi Praqa Rusiyaya diplomatik nümayəndə göndərməyib.

Onun postundan geri çağırılması barədə qərar isə rəsmən bu gün verilib.

Bu arada sözü gedən məsələ ilə bağlı ziddiyyətli məlumatlar yayılır. Belə ki, ötən ilin sentyabrında Çexiyanın xarici işlər naziri Yan Lipavski səfiri uzun müddətli perspektiv üçün Moskvaya göndərməyin vacibliyini önə çəkib.

Yayılan xəbərlərə görə hazırda bu vəzifəyə namizədlər arasında ölkənin müdafiə nazirinin keçmiş müavini Daniel Koştovalın adı çəkilir.

Əvvəlki məqalə

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində –

Sonrakı məqalə

Cavanşir körpüsü risklidir, söküləcək