Çexiyada uşaqların olduğu karusel aşıb, 12 nəfər yaralanıb

Çexiyanın şimal-şərqində Havirovda şənlik zamanı zəncirli karusel çöküb.

Bu barədə “İdnes” məlumat yayıb.

İnsident barədə respublikanın yanğınsöndürənlər və xilasedicilərin birgə xidmətinin nümayəndəsi Piter Kudela məlumat verib. Hadisə bayram tədbirləri zamanı baş verib. Əyləncə parkının əməkdaşları attraksionun işində nasazlıqlar olduğunu bildiriblər. 12 nəfər yaralanıb. Yerli telekanal hadisə yerindən video nümayiş etdirib.

Zərərçəkənlərin əksəriyyətinin uşaqlar olduğu məlum olub. Karuselin çökdüyü yerdə beş təcili yardım briqadası və xilasedicilər çalışıb.

Hadisənin digər təfərrüatları və attraksionun strukturunun dağılmasının səbəbləri açıqlanmayıb.

Əvvəlki məqalə

DİM əlavə buraxılış imtahanı keçirir

Sonrakı məqalə

Ukrayna ordusu Rusiyaya məxsus gəmi-bərəni və silah anbarını məhv edib