Ceyhun Bayramov İsrail XİN-in siyasi direktorunu qəbul edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İsrail XİN-in siyasi direktoru Aliza Bin Nounu qəbul edib.

İsrail diplomatı bu barədə “Twitter” hesabında məlumat verib.

“Qonaqpərvərliyə görə xarici işlər naziri Ceyhun Bayramova çox təşəkkür edirəm. Nümayəndə heyətimiz sizinlə səmərəli görüşü yüksək qiymətləndirir, bu, ölkələrimiz arasında mövcud olan dostluq və strateji münasibətlərin daha bir ifadəsidir”, – o bildirib.

Əvvəlki məqalə

Aİ Saakaşvilinin səhhətinin pisləşməsindən narahatdır

Sonrakı məqalə

ABŞ Belarusa sanksiya tətbiq etdi