Ceyhun Bayramov XİN-in kollektivinə təqdim olundu

17 İyul 2020 - 12:40

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə iyulun 16-da Xarici İşlər naziri təyin edilən Ceyhun Bayramov nazirliyin kollektivinə təqdim olunub.

Naziri kollektivə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.

O, yeni nazir Ceyhun Bayramov haqqında kollektivə məlumat verib və bu təyinatın Prezidentin xarici siyasətdə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində mühüm rol oynayacağına ümid etdiyi deyib.

C.Bayramov da öz növbəsində bu işin öhdəsindən layiqincə gələcəyinə söz verib.