Ceyhun Bayramov:Azərbaycanın Qoşulmama Hərəkatına fəal sədrliyi üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir

 

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini təşkilatın təməl prinsipləri olan tarixi Bandunq prinsipləri üzərində qurub. Azərbaycanın bu təşkilatda fəal rolu və sədrliyi həm üzv dövlətlər, həm də beynəlxalq təşkilatlarda tərəfindən yüksək qiymətləndirilir.

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov fevralın 10-da “Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiyası” konfransında çıxışı zamanı deyib.

Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platforma olduğunu qeyd edən nazir bu tədbirin təşkilinə görə ADA Universitetinin rəhbərliyinə, həmçinin konfransda iştirak etdikləri üçün Hərəkata üzv dövlətlərinin Bakıdakı səfirlərinə təşəkkürünü bildirib.

Ceyhun Bayramov qeyd edib ki, bu tədbir gənclərin gələcəyin liderləri kimi beynəlxalq münasibətlərin qurulması barədə məlumat almaları baxımından gözəl təcrübə olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir