Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş başlayıb

20 Oktyabr 2020 - 10:41

Xarici İşlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyəti arasında geniş tərkibli görüş başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.