Çin hakimiyyəti bir gün əvvəl Dağıstanda terrorçular tərəfindən kilsə və sinaqoqlara edilən hücumları pisləyir.
Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.
O bildirib ki, Çin terror aktlarının hər hansı təzahürünün əleyhinədir.
“Çin tərəfi istənilən terror hücumuna qarşıdır. Biz mülki şəxslərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq aktlarını pisləyirik”, – XİN rəsmisi qeyd edib.
Azpost.info