Çin avtomobil istehsalçıları 2024-cü ildə Rusiyada təxminən 1,2 milyon yeni minik avtomobili satmağı planlaşdırır.
Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” yazıb.
“Avtostat” agentliyinin icraçı direktoru Sergey Udalov və “Automarketer” şirkətinin rəhbəri Oleq Moseyev Çin şirkətlərinin qeyd olunan dəyərlərə nail olacağına şübhə ilə yanaşırlar.
Onların hesablamalarına görə, gələn il rusiyalı alıcılara Çindən 750-800 min yeni avtomobil təklif olunacaq. Bununla belə, Çin öz planlarını yerinə yetirib elan etdiyi 1,2 milyon avtomobili təhvil verərsə, bazarın 80 faizini tutmuş olacaq.
Azpost.info