Çin İsrailin adını onlayn xəritələrdən silib- “The Wall Street Journal”

İsrailin adı Çində mövcud olan onlayn dünya xəritələrindən itib.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Nəşr qeyd edir ki, bunu Çinin internet istifadəçiləri müşahidə ediblər. Xüsusilə, İsrail artıq Çinin “Baidu” axtarış sisteminin xəritələrində və “Alibaba”ya məxsus “Amap”ın onlayn xəritələrində qeyd olunmur.

“Bu qeyri-müəyyənlik Pekinin regiondakı qeyri-müəyyən diplomatiyasına uyğundur və onun ümumilikdə xəritələrə diqqət yetirməsi ilə ziddiyyət təşkil edir”, – nəşr yazır.

“The Wall Street Journal” xatırladır ki, Çin hökuməti uzun illərdir Çin internetində, məsələn, otel saytlarında görünən “yanlış” kartlara görə cərimələr tətbiq edir. Bu siyasət Pekinin çoxsaylı ərazi iddiaları, o cümlədən Cənubi Çin dənizində hakimiyyətin nöqtəli xəttlə ölkənin daxili suları kimi təyin edilməsini tələb etməsi ilə bağlıdır.

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan bir həftə sonra Çinin xarici işlər naziri Van İ Tl-Əvivin hərəkətlərinin özünümüdafiə çərçivəsindən kənara çıxdığını və insan vicdanının əsaslarını və beynəlxalq hüququn əsas normalarını pozduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

QAFAM-ın layihəsi başa çatıb

Sonrakı məqalə

Rusiya qızılın ölkədən çıxarılmasına qadağa qoymağa hazırlaşır