Çin kosmik raketinin partladığını etiraf edib

Çin ilk dəfə olaraq açıq şəkildə etiraf edib ki, kosmos proqramında “böyük mərhələ” adlandırdığı raket keçən həftə partlayıb.

Azpost.info-nun məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi partlayışla bağlı Bloomberg-in sualına cavab olaraq bildirib. Bu partlayış onilliklər ərzində kosmik “zibillik”dağıntıların ən böyük mənbələrindən birini yaradıb.

ABŞ Kosmik Komandanlığının məlumatına görə, Long March 6A raketi avqustun 6-da 18 rabitə peykini kosmosa göndərib, lakin sonra partlayıb. Çin dövlət mediası raketin buraxılması barədə məlumat verib, lakin sonrakı partlayışla bağlı təfərrüatları açıqlamayıb. Lakin bu xəbər sosial şəbəkələrdə yayılıb.

“Çin lazımi tədbirləri görüb və müvafiq orbital sahələri yaxından izləyir və məlumatların təhlilini aparır. Çin kosmik tullantıların azaldılmasına, kosmos mühitinin qorunmasının təşviqinə və kosmik fəaliyyətlərin uzunmüddətli davamlılığına dəstək verməyə böyük əhəmiyyət verir”- Çin Xarici İşlər Nazirliyi partlayışla bağlı Bloomberg-in sualına cavab olaraq bildirib.

Əvvəlki məqalə

“Təcrübəm də var, səbrim də…”-

Sonrakı məqalə

Yaponiya Baş naziri istefa verəcək