Çin lideri son 6 ildə ilk dəfə ABŞ-da rəsmi səfərdədir- Baydenlə görüşəcək (FOTO)

Çin lideri Si Cinpin son 6 ildə ilk dəfə ABŞ-a rəsmi səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Çin lideri San-Fransiskoya gəlib və burada ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Agentlik yazır ki, Bayden Çin lideri ilə hərbi münaqişələr, narkotik ticarəti və süni intellektlə bağlı rəqib supergüclər arasında gərginliyi azalda biləcək danışıqlar aparacaq.

Çin liderini Kaliforniya qubernatoru Qavin Nvusom və ABŞ maliyyə naziri Canet Yellen qarşılayıb. Si Cinpini Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Katibliyinin birinci katibi Çay Çi və Çinin xarici işlər naziri Van İ müşayiət edir.

Ağ Ev rəhbəri ilə danışıqlardan əlavə, Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Tədbir 11-17 noyabr tarixlərində San-Fransiskoda keçirilir.

Azpost.info

Əvvəlki məqalə

Daxili işlər naziri Gəncədə vətəndaşlara görüşüb və sıra baxışı keçirib

Sonrakı məqalə

Qazaxıstanda uşaqlar valideynlərindən BMT-yə şikayət edə biləcəklər