Çin NATO və ABŞ-la danışıqlarda Rusiyanın mövqeyini anlayır və dəstəkləyir.
Bu barədə Çin xarici işlər naziri Van İ rusiyalı həmkarı Sergey Lavrovla Pekində görüşü zamanı deyib.
Nazirlərin Ukrayna, Koreya yarımadası və Əfqanıstanla bağlı mövqelərini koordinasiya etdikləri açıqlanıb.