Çin rəhbəri Orbanla görüşüb, Ukraynanı müzakirə edib

Çin Sədri Si Cinpin Ukrayna üçün sülh missiyası çərçivəsində Pekinə gələn Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.

Azpost.info bildirir ki, bu barədə Sinxua agentliyi xəbər verir.

Görüşün təfərrüatları barədə məlumat verilmir.

Orban Bakı vaxtı ilə təxminən saat 3:00-da Çinə gəldiyini açıqlayıb. O, Çinə səfərini Rusiya və Ukraynaya səfərindən sonra sülhməramlı missiyasının üçüncü istiqaməti adlandırıb.

Kiyevdə Orban Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. O, Rusiya ilə sülh danışıqlarından əvvəl atəşkəs imkanlarını nəzərdən keçirməyi təklif edib.

Əvvəlki məqalə

“Rusiyanın Avropa Şurasına qayıtması mümkün deyil”

Sonrakı məqalə

Ürək üçün faydalı olan səhər yeməyi hansıdır? –