Çin, Rusiya və İran birgə hərbi dəniz təlimi keçirəcək

Çin, Rusiya və İran martın ortasında birgə hərbi təlim keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb. “Təhlükəsizlik kəməri-2025” adlı təlim İranın Çabahar limanı yaxınlığında baş tutacaq. Təlim planına dəniz hədəflərinə zərbələr endirmək, zərərin aradan qaldırılması, həmçinin birgə axtarış və xilasetmə işləri daxildir. Məqsəd hərbi sahədə qarşılıqlı etimadın möhkəmləndirilməsi və iştirakçı ölkələrin hərbi dəniz qüvvələri arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsidir.

Çin tərəfi təlimdə iştirak etmək üçün esmines və təchizat gəmisi də daxil olmaqla donanma göndərəcək.

Bu, 2019-cu ildən bəri 3 ölkənin 5-ci birgə hərbi dəniz təlimi olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.