“Çin şirkətlərini müharibə sponsorları kimi tanımaq təhlükəlidir”- Pekin Kiyevə xəbərdarlıq etdi

Pekin Ukraynaya xəbərdarlıq edib ki, Kiyev Çin şirkətlərini “müharibənin sponsorları” kimi tanıması səbəbindən ikitərəfli münasibətlər korlana bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Ukrayna mənbələrinə istinadən yazıb.

Agentliyin məlumatına görə, Çinin Kiyevdəki səfiri bu mesajı ötən ay Ukraynanın yüksək rütbəli rəsmiləri ilə görüşündə verib.

“Reuters” qeyd edir ki, Ukrayna “terrorizmin beynəlxalq sponsorları” siyahısına 14-ü Çindən olan 48 şirkəti əlavə edib. Pekin əvvəllər də Çin şirkətlərinin bu siyahıya daxil edilməsinə qarşı çıxıb. Kiyevdə bildiriblər ki, bu sənəd beynəlxalq biznesin Rusiyanı tərk etməsi məqsədi güdür.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.