Çin İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak etmək üçün nümayəndə heyətini göndərməyəcək.
Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
“Biz dəfələrlə demişik ki, Ukrayna üzrə sülh konfransı həm Rusiya, həm də Ukrayna tərəfləri tərəfindən tanınmalı, hamı bərabər əsasda iştirak etməlidir. Bütün sülh layihələri ədalətli şəkildə müzakirə edilməlidir. Bunlar üç mühüm amildir. Bunlar əhatə olunmadığı üçün bizim bu konfransda iştirakımız çətindir”, – Nin deyib.
Azpost.info