Pekin Moldova xalqının seçiminə hörmətlə yanaşır və Çin-Moldova münasibətlərini bundan sonra da inkişaf etdirməyə hazır olduğunu bildirir.
Azpost.info xəbər verir ki, bunu Moldovada keçirilən prezident seçkilərini şərh edən Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.
“Moldova Çinin dost tərəfdaşıdır. Biz Moldova xalqının seçiminə həmişə hörmətlə yanaşırıq”, – Nin bildirib.
O əlavə edib ki, Çin Moldova ilə ikitərəfli münasibətlərin gələcək inkişafına kömək etmək üçün əməkdaşlığa hazırdır.
MSK-nın məlumatına görə, protokolların 99,73 faizi hesablandıqdan sonra Maya Sandu 55,36 faiz səslə prezident seçkilərinin ikinci turunda liderdir, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 44,64 faiz səs toplayıb.
Azpost.info