Dekabrın 1-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 115 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.