Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

İyunun 12-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarılan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı Qanuna dəyişiklik edilir

Sonrakı məqalə

Zelenski Səudiyyə Ərəbistanında vəliəhd şahzadə ilə görüşüb