Daxili İşlər Nazirliyi (DİN) iyunun 17-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarılan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.