Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Fevralın 6-7-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Əli İnsanov Prezident İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Asiya Parlament Assambleyası seçki müşahidəsinin yekunu ilə bağlı açıqlama yayıb