Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Fevralın 22-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Ötən ay proaktiv qaydada aparılan pensiya təyinatının sayı açıqlanıb