Çində havanın hərarəti 75 dərəcəni göstərib

Çinin Sincan Uyğur Muxtar Rayonunda havanın temperaturu il ərzində rekord səviyyəyə – 75 dərəcəyə çatıb.

Rekord göstərici iyunun 11-də muxtar rayonun Turfan dairəsi ərazisindəki Alovlu Dağ turizm məntəqəsində də qeydə alınıb. Son günlər Turfan şəhərində havanın hərarəti 40 dərəcə olur. Bununla belə, Çinin ən isti yerlərindən olan Alovlu Dağda quraşdırılmış dünyanın ən hündür termometri (12 metr) yer səthindəki real hərarəti – 75 dərəcəni göstərib. Turistlər qumun üzərində istidən bişən yumurtalardan da yeyiblər.

Qeyd edək ki, çökəkdə yerləşən və “Alov vahəsi” kimi tanınan Turfan hövzəsi təkcə Çində deyil, dünyada ən isti və ən quraq iqlimə malik bölgə kimi tanınır(azərtac).

Əvvəlki məqalə

Azərbaycan Xarici İşlər Nazirliyi Küveytə başsağlığı verib

Sonrakı məqalə

Peşə liseyinin tələbələri arasında yaşıl düşüncə təşviq edilib –