Yeni yayılmış Çin virusu nə dərəcədə təhlükəlidir? – Bioloq AÇIQLADI

Çində metapnevmovirusun aktiv yayılması ilə bağlı vəziyyət həddən artıq gərginləşir, çünki virus alimlərə çoxdan məlumdur.

AzPost xəbər verir ki, bunu rusiyalı bioloq Ança Baranova KP.RU-ya bildirib.

Onun sözlərinə görə, xəstəlik o qədər dəciddi təhlükə yaratmır, çünki mütəxəssislər bununla necə mübarizə aparacağını bilirlər: “Burada mütləq narahat olmağa ehtiyac yoxdur. Bu virus insanlar arasında uzun müddətdir ki, yayılır. Mən dəhşətli bir şey görmürəm “ – deyə biologiya elmləri doktoru bildirib.

O, metapnevmovirusun yayılmasının mövsümi olduğunu izah edib. “Xüsusi müalicə olmadan xəstəlik 5-7 gün ərzində yox olur”.

Qeyd edək ki, metapnevmovirusun simptomlarına burun axması, öskürək, qızdırma və nəfəs darlığı daxil ola bilər. Bu, ən çox qocalar və uşaqlar, eləcə də immuniteti zəif olanlar üçün bronxiolit və pnevmoniyaya yaratma ehtimalı var.

Azpost.info

Əvvəlki məqalə

“Wolt”dan şikayət var: “Ümidim edirdim ki, pulumu qaytaracaqlar”

Sonrakı məqalə

Əmisini ticarət mərkəzinin qarşısında bıçaqladı ANBAAN VİDEO