Çingiz Abdullayev Qarabağla bağlı Avropa yazıçılarına müraciət etdi

Azərbaycan PEN-klubu Avropanın yazıçı və jurnalistlərinə müraciət edib. 
Azpost.info nun məlumatına görə, bu barədə PEN -Klubun prezidenti, xalq yazıçısı Çingiz Abdullayev bildirib.
Bəyanatda deyilir:
“Avropanın bəzi xadimlərinin Azərbaycandakı vəziyyətlə bağlı məsuliyyətsiz və tendensiyalı bəyanatları
bizi təəccübləndirir və hiddətləndirir. Bu xadimləri nə Avropa şəhərlərinin küçələrində müqəddəs “Qurani-Kərim”in sistemli şəkildə yandırılması, nə də Avropaya mühacirət etməyə çalışan yüzlərlə qaçqın narahat deyil.
Onlar demokratiya və insan haqları ilə bağlı şəxsi mülahizələrinə istinad edərək ölkəmizin daxili işlərinə qarışmağa çalışırlar. İndiki şəraitdə, iki qonşu dövlətin sülh müqaviləsinin bağlanmasına çalışdığı indiki şəraitdə, Azərbaycanın öz ölkəsində vəziyyəti sabitləşdirdiyi bir vaxtda bu cür qızışdırıcı hücumlar birbaşa olaraq münaqişənin davam etdirilməsinə yönəlib, bütün sağlam düşüncəli insanların hiddətinə səbəb olur.
Bəyanatı PEN Klub adından PEN Klubun prezidenti, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, PEN klubun vitse-prezidenti, Azərbaycanın xalq yazıçısı Natiq Rəsulzadə imzalayıb.
Müraciətin mətni rus, ingilis, fransız və alman dillərinə tərcümə edilib.
Əvvəlki məqalə

Döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır

Sonrakı məqalə

Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə mina partlayıb