“Çini Aya buraxmaq olmaz” –NASA-nın rəhbərindən açıqlama

Çinin Ayın su olan hissələrini tutmasına icazə vermək olmaz.

İspaniyanın “Mundo” qəzetinin verdiyi məlumata görə, bu bəyanatla ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson çıxış edib.

Nelsona görə su, hidrogen və oksigen mənbəyidir. Buna görə də Ayın su olan hissələrindən nəfəs almaq üçün oksigen və yanacaq istehsalı üçün hidrogen əldə etmək mümkündür.

Eyni zamanda NASA direktoru vurğulayıb ki, bu resurslar dünya ictimaiyyəti üçün Çinin iddialarından qorunmalıdır. Buna görə də Nelsonun sözlərinə görə, ABŞ Çinin Aya getməsini və “orada yer tutmasını” istəmir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.