“Çinin birləşmə prosesini heç kim dayandıra bilməyəcək”-Sİ CİNPİN

Çin hakimiyyəti Tayvanın müstəqilliyi tərəfdarlarının separatçı əhval-ruhiyyəsinə qətiyyətlə qarşı çıxacaq. Adanın materik Çinə son birləşməsinin tarixi prosesini heç kim dayandıra bilməyəcək

Azpost.info xəbər verir ki, bunu Çin lideri Si Cinpin deyib.

“Tayvan Çinin müqəddəs ərazisidir. Tayvan boğazının hər iki tərəfində yaşayan insanlar qanla bağlıdır və qan sudan qatıdır. Biz “vahid Çin” prinsipinə və “1992-ci il konsensusuna” əməl etməli, iqtisadi və mədəni mübadilə və əməkdaşlığı dərinləşdirməliyik”, – o bildirib.

Si Cinpinin sözlərinə görə, Pekin Tayvan boğazının hər iki tərəfindəki həmvətənlər arasında mənəvi əlaqəni qorumağa kömək etmək niyyətindədir: “Çin hökuməti vətənin tam birləşməsinə nail olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Sabiq deputat Nazim Bəydəmirli 8 il azadlıqdan məhurm edilib

Sonrakı məqalə

Putin Polad Bülbüloğluna orden verdi