Çinin dörd neft nəhəngi alyans yaradacaq

29 İyun 2020 - 14:41

Çinin dövlətə məxsus dörd neft emalı şirkəti birlikdə neft almaq üçün alyans yaradacaq.

Bu barədə “APA-Economics” “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata əsasən, “Sinopec”, “PetroChina”, CNOOC və “Sinochem” şirkətləri bu məsələ üzrə dövlətin dəstəyini alıblar. 

Qeyd olunur ki, şirkətlər ABŞ və Rusiya neftinin alınması üçün ilk birgə müraciətlərini iyul ayında edəcəklər.