Çinin dörd neft nəhəngi alyans yaradacaq

Çinin dövlətə məxsus dörd neft emalı şirkəti birlikdə neft almaq üçün alyans yaradacaq.

Bu barədə “APA-Economics” “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata əsasən, “Sinopec”, “PetroChina”, CNOOC və “Sinochem” şirkətləri bu məsələ üzrə dövlətin dəstəyini alıblar. 

Qeyd olunur ki, şirkətlər ABŞ və Rusiya neftinin alınması üçün ilk birgə müraciətlərini iyul ayında edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bayden seçilsə Azərbaycanın daxili işlərinə müdaxilələr başlayacaq” –

Sonrakı məqalə

Milli Məclisin sabahkı iclasının gündəliyi