Çinin Rusiyaya silah göndərməsinin qarşısını Bayden alıb –“The Washington Post"

Ukraynada müharibə başlayandan sonra Çin Rusiyaya silah göndərməyi planlaşdırırmış.

Azpost.info bildirir ki, bu barədə “The Washington Post” qəzeti adı açıqlanmayan rəsmilərə istinadən yazır.

Media bu niyyətin ABŞ tərəfindən dayandırıldığını iddia edir.

Qəzet yazır ki, ABŞ prezidenti Co Baydenin Çin sədri Si Szinpinə zəngindən sonra Pekin silah göndərmək fikrindən daşınıb.

Nəşr qeyd edir ki, söhbət zamanı Amerika lideri guya Czinpini ABŞ-ın Pekinin bu cür addımlarına cavab verəcəyi ilə hədələyib. Qəzet vurğulayır ki, bu bəyanat Pekində narazılığa səbəb olub. Hətta ABŞ-ın bununla Çini təhdid edib-etmədiyini soruşub. Bununla belə, Çin hakimiyyəti Moskvaya silah göndərmək fikrindən imtina edib.

Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb və hələ də davam edir.

Əvvəlki məqalə

COP29-un Könüllülük Proqramı bu gündən fəaliyyətə başlayır

Sonrakı məqalə

Masallı xəstəxanasının sabiq direktoru məhkəməyə xərəkdə gətirilib –