Cinsi istismar üçün Pakistana aparılmış 4 azərbaycanlı qadın xilas edilib

Pakistan Federal Təhqiqat Agentliyinin (FIA) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi İslamabadda 4 azərbaycanlı qadın və 3 uşağın cinsi istismara məruz qaldığını aşkar edib.

Azpost.info haqqın.az-a istinadən bildirir ki, onların iş vədi ilə insan alverçiləri tərəfindən İslamabada aparıldığı müəyyən edilib. Bu iş üzrə üç nəfər artıq həbs edilib. İstintaq getməsi səbəbindən onları milliyyəti açıqlanmayıb.

Təzyiqə məruz qalmış qadınlar Pakistana müddəti bitmiş ziyarətçi vizası ilə gəliblər və orada qeyri-qanuni yaşayırdılar. İnsan alverçiləri onların pasportlarını əllərindən alıblar.

Xatırladaq ki, qadınların cinsi istismar məqsədilə Azərbaycandan Pakistana aparılması halları əvvələr də müəyyən edilib. Pakistanın hüquq-mühafizə orqanları dəfələrlə analoji hallar aşkar edərək, ölkədə fahişəliklə məşğul olan azərbaycanlı qadınların deportasiyası ilə bağlı qərarlar qəbul edib. Bir sıra hallarda insan alverçiləri onları cinsi istismar məqsədi ilə qonşu Hindistana aparıblar.

Bundan əlavə, Hindistan və Pakistanda insan alverçilərinin guya işlə təmin olunmaq üçün öz həmvətənlərini Azərbaycana göndərməsi, əslində isə Azərbaycandan tranzit məntəqəsi kimi istifadə edərək öz vətəndaşlarının Avropa ölkələrinə və ABŞ-a qeyri-qanuni miqrasiyasını təşkil etməsi ilə bağlı çoxsaylı məlumatlar yayılıb.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Qəzzaya ilk yanacaq tankeri daxil olub