“Azərbaycan Coca-Cola Bottlers Limited” MMC “Çağdaş Ailəvi Restoran” MMC-ni məhkəməyə verib.
Azpost.info xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
İş üzrə martin 9-na məhkəmə hazırlıq iclası təyin edilib.
“Çağdaş Ailəvi Restoran” MMC 2021-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Mustafa Aydındır. “Çağdaş Ailəvi Restoran” MMC adından da göründüyü kimi restoran fəaliyyəti göstərir. Bu restoran Bakıda türk restoranı kimi tanınır. Mustafa Aydın isə Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamıdır.
Abbas