Conatan Pauel Britaniyanın yeni milli təhlükəsizlik müşaviri təyin edilib

Keçmiş Baş nazir Toni Bleyrin köməkçisi və Şimali İrlandiya sülh prosesinin əsas vasitəçilərindən biri olan Conatan Pauel Britaniyanın yeni milli təhlükəsizlik müşaviri təyin edilib.

O, 2022-ci ildən bu vəzifəni icra edən Tim Barrounu əvəz edəcək. Conatan Pauel Böyük Britaniyanın Xarici İşlər Nazirliyində 10 il diplomat kimi xidmət edib və ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq 30 il davam edən, Şimali İrlandiyada baş verən zorakılıqlara son qoyan “Yaxşı Cümə Sazişi”nin memarlarından biri olub.

O, təcrübəli bir diplomat olaraq Donald Trampın yeni administrasiyası ilə əlaqələrin qurulmasında və Böyük Britaniyanın Yaxın Şərqdə və Ukraynada gedən müharibələrə dair mövqeyinin formalaşdırılmasında mühüm rol oynayacaq(azərtac).

Əvvəlki məqalə

COP29-un qədim İpək Yolunun keçdiyi Bakıda keçirilməsi əla fürsətdir

Sonrakı məqalə

Türkiyə-Azərbaycan Universitetinin təcrübəsi başqa ölkələrdə də tətbiq ediləcək