Conson Zelenskini Çörçillə bənzətdi

Keçmiş baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskini Böyük Britaniyanın keçmiş lideri Uinston Çörçilllə müqayisə edib.

Azpost.info bildirir ki, Consonun müsahibəsindən bir parça Pool N3 Telegram kanalında dərc olunub.

“İkinci Dünya Müharibəsi zamanı Çörçilə özünü şir kimi apardığını deyəndə nə cavab verdiyini hamı bilir. Çörçill cavabında deyib ki, “şir olan mən yox, ingilis xalqı idim. Amma şir kimi nərildmək şərəfi mənə qismət oldu”. Eyni sözləri Vladimir Zelenski haqqında da demək olar. O, ukraynalıların hisslərini çox dəqiq nümayiş etdirdi” – deyə Conson bildirib.

Yanvar ayında Ukraynanın keçmiş səfiri Vadim Pristayko Zelenskinin Uinston Çörçilin kreslosunda oturduğu an haqqında danışmışdı. Bu, Zelenskinin Londona səfəri zamanı baş verib.

Pristaykonun sözlərinə görə, Zelenski bunkerə baxış keçirərkən orada olan kreslonun kimə məxsus olduğunu soruşub. Nəzarətçi ona bunun Çörçillin olduğunu deyib. Nəzarətçi Ukrayna prezidentindən bu kresloda oturmaq istəyinin olub-olmadığını soruşub. Zelenski “icazə varmı?” sualını verib. Nəzarətçi deyib ki, əslində icazə yoxdur, amma Zelenski arzu edirsə otura bilər.

Zelenski kresloda oturub. Nəzarətçi ondan özünü Çörçill kimi hiss edib-etmədiyini soruşub. Yaxınlıqda olan nümayəndə heyəti gülüşüb. Zelenski həqiqətən “belə bir şey hiss etdiyini” deyib.

Keçmiş səfir qeyd edib ki, o vaxt heç kimin ağlına gəlmirdi ki, iki ildən sonra ukraynalılar parlamentdə çıxış edəcək və Çörçillin sözlərini xatırlayacaqlar.

Əvvəlki məqalə

Xocavəndin hərbi komissarı həbs edilib

Sonrakı məqalə

Təkər üzərində səyyar “Şadlıq Ev”ləri –