COVID-19-dan ölüm halları azalıb- ÜST son durumu açıqladı

Ötən həftə (19-25 sentyabr) dünyada 3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 minə yaxın insan isə bu xəstəlik səbəbindən ölüb. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən yeddi gün ilə müqayisədə yoluxma hallarının sayı 11 faiz, ölüm hallarının sayı isə 18 faiz azalıb.

Yoluxma hallarında əhəmiyyətli dərəcədə azalma Afrika (33 faiz), Qərbi-Sakit Okean regionu (19 faiz), Amerika (15 faiz) və Cənub-Şərqi Asiyada (11 faiz) qeydə alınıb. Ölüm hallarını sayı əhəmiyyətli dərəcədə Afrika (34 faiz), Avropa (26 faiz) və Şərqi Aralıq dənizi regionunda (26 faiz) azalıb.

ÜST-nin məlumatına görə, Yaponiya həftə ərzində ən çox – 535 502 yoluxma halı barədə məlumat verib. Ondan sonra ABŞ (361 599), Rusiya (353 826), Çin (292 476) və Almaniya (249 144) qərarlaşıb. ABŞ-da yeddi gün ərzində ən çox – 2 484 ölüm halı qeydə alınıb. Daha sonra Rusiya (712), Yaponiya (659), Çin (497) və Braziliya (450), yer alıblar -informasiya bülletenində qeyd olunur.

Sentyabrın 28-nə olan məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya başlayandan bəri koronavirusa 613 410 796 yoluxma halı və 6 518 749 ölüm halı barədə məlumat daxil olub.

Əvvəlki məqalə

İlham Əliyev Fransa prezidentinin müşavirini qəbul edib

Sonrakı məqalə

“Həyatımın yarısını “Azərsu” ilə mübarizədəyəm, vallah yoruldum” –