Dərbənddə silahlı şəxslərlə atışma davam edir –Mahaçqalada binada barrikada qurublar /VİDEO/YENİLƏNİB

Təhlükəsizlik qüvvələri Dərbənd şəhərində silahlıların qarşısını kəsib və hücuma hazırlaşır.

Küçələrdə pulemyot atəşi eşidilir. Şəhərin mərkəzi hissəsində elektrik enerjisi kəsilib.

**

Dağıstanda hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

Bununla bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Dağıstanın paytaxtı Maxaçqalada və Dərbənddə terrorçular polisə hücum edib.

Rusiya Milli Antiterror Komitəsi Respublika ərazisində əksterror əməliyyatı rejiminin tətbiq olunduğunu açıqlayıb.

Hazırda Dərbənddə terrorçularla təhlükəsizlik qüvvələri arasında döyüş gedir.

“Mahaçqala və Dərbəndə hücum edənlər beynəlxalq terror təşkilatının üzvləridir” -hüquq-mühafizə orqanları məlumat yayıb.

Mahaçqalada terrorçular yaşayış binasında barrikada qurublar.

Yəhudi İcmaları Federasiyasının ictimai şurasının rəhbəri bildirib ki, yanğınsöndürənlər Dərbənd sinaqoqundan içəridə terrorçuların olması və ətrafdakı küçələrdə atışma olması qorxusu ilə geri çağırılıb.

Mahaçqala meri şəhər sakinlərini Mirzəbekov, Popoviç, Maqomedtağırov, M.Hacıyev, Buinakski küçələri ilə və dəmiryol vağzalı ərazisi ilə hərəkətdən çəkinməyi xahiş edib.

Əvvəlki məqalə

Naməlum şəxslər Mahaçqala şəhərində polislərə silahlı hucum edib

Sonrakı məqalə

Sovet vətəndaşı olan azərbaycanlılar Həccə necə gediblər?–