“Dərnəgül-Bakmil” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

“Dərnəgül-Bakmil” istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, qrafikə uyğun olaraq “Bakmil” stansiyasından “Nərimanov” elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.

Əvvəlki məqalə

Avropa Liqası:

Sonrakı məqalə

Ermənistanın silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır