Dəşkənddə İƏT-in 16-cı sammiti keçirilir- Prezident İlham Əliyev də iştirak edir

Özbəkistanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammiti keçirilir.

1992-ci ilin noyabrından təşkilata üzv olan Özbəkistan ilk dəfə İƏT çərçivəsində çoxtərəfli sammitə ev sahibliyi edir.

Sammitdə təşkilata üzv 10 ölkənin rəhbərləri və yüksək səviyyəli rəsmiləri iştirak edir.

Qeyd edək ki, İran, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistan prezidentləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün Daşkənddədirlər(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.