Dənizdə boğulan bacılar Penitensiar Xidmət əməkdaşının övladlarıdır –FOTO

Xəbər verdiyimiz kimi, Bakıda Xəzər dənizində iki bacı boğularaq ölüb.

Report xəbər verir ki, həmin qızlar vəzifəli şəxsin övladlarıdır.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin qızlarıdır.

Xatırladaq ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib. Dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Daha 10 ailə yaşamaq üçün Zəngilana yola salındı