Dənli bitkilərin ölkədən çıxarılması məhdudlaşdırıldı –QƏRAR

Bu il dekabrın 31-dək dənli bitkilərin Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.

Bu, Nazirlər Kabinetinin Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında əksini tapıb.
Qərara əsasən, eyni zamanda un üyütmə -yarma sənayesi məhsulları, səməni, nişastalar, inulin, buğda özü, yağlı toxumlar və bar, digər toxumlar, bar və dən, dərman bitkiləri və texniki bitkilər, saman və yem, isti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti, makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni kimi makaron məmulatları; hazırlanmış və ya hazırlanmamış kuskus; Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemin də Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.

Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ət və toyuq məhsullarının ölkədən aparılması üçün xüsusi şərt müəyyənləşib

Sonrakı məqalə

Yağ məhsulları Azərbaycandan rəsmi icazə ilə çıxarılacaq –