Dəyəri 5 min manatadək əmlakı məhv etməyə görə cərimə müəyyənləşir

Əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə cərimələr müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçiriləcək iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 232-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu, az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə tətbiq olunacaq.

Qeyd edək ki, bu maddədə az miqdar dedikdə 5 min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN müəssisə və təşkilat rəhbərlərinə müraciət edib

Sonrakı məqalə

Dünyada ilk dəfə koronavirusdan ölən şəxsdən yoluxma qeydə alındı