Dünyada ilk dəfə koronavirusdan ölən şəxsdən yoluxma qeydə alındı

Tailandda koronavirusdan dünyasını dəyişən şəxs başqasını koronavirusa yoluxdurub.

“Report” NTV-yə istinadən xəbər verir ki, alimlər bu hadisənin bir ilk olduğunu açıqlayıblar.

Məlumata görə, yoluxan şəxs məhkəmə-tibbi ekspertidir.

Bildirilib ki, virusun ölüdən keçmə xüsusiyyəti ebolada da müşahidə edilib. Ölmüş insanda koronavirusun nə qədər aktiv qaldığı hələlik məlum deyil.

Alimlər canlı və ya ölü fərqi qoymadan koronavirusa yoluxmuş bütün şəxslərdən təmasdan qaçmağa çağırır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 934 000-i ötüb. Bunların 456 776 nəfəri sağalıb, 120 438 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dəyəri 5 min manatadək əmlakı məhv etməyə görə cərimə müəyyənləşir

Sonrakı məqalə

Xüsusi karantin dövründə bu işçilərin sosial müdafiəsi gücləndirilir