Malatyada azərbaycanlı tələbələrin yaşadığı binanın dağıntıları altında axtarışlar davam edir.
Bu barədə AzTV-nin ərazidə olan müxbiri məlumat verib.
Artıq xilasedicilər tələbələrin yaşadığı mənzilə çatıblar. Dağıntılar altından tələbələrə aid “Qurani-Kərim” kitabı, Azərbaycan və Türkiyə bayraqları tapılıb.
Dağıntılar altından meyitlər çıxarılıb. Daha sonra tələbələrin valideynləri meyitlərin həmin tələbələrə aid olub-olmadığını dəqiqləşdirmək üçün əraziyə çağırılıb.
Məlumata görə, valideynlərin halı xarab olduğu üçün tanınma ilə bağlı proses ağır gedir. Odur ki, meyitlərin azərbaycanlı tələbələrə aid olub-olmadığı hələ də dəqiqləşməyib.
Bununla bağlı əlavə məlumat veriləcək.