Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev REAL TV-yə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
-Hikmət müəllim Qarabağda işğadan azad olunmuş digər ərazilərimizdə aparılan yenidənqurma bərpa işlərini biz obrazlı olaraq Marşal planı ilə müqaisə etmişik və elə belədə təqdim etmişik tamaşaçılara. Əliyev planı. Suqovuşanda və Talışda prezidentin bu əraziyə səfərindən sonra ilk dəfədir sizinlə müsahibə edirəm və bu müsahibəni də mümkün edən tədbir diplomatların növbəti dəfə bura dəvət olunmasıdır.
-İlk növbədə bir qeydi vurğulamaq istərdim ki, siz Marşal planından danışdınız. Amma mən Marşal planının Azərbaycan Respublikasının timsalında möhtərəm Cənab Prezidentin həyata keçirdiyi planla müqaisədə bir əsaslı fərqini qeyd etmək istərdim. O mənada ki, Marşal planı məhz xarici donor yardımı və dəstək əsasında həyata keçirilən bütün Avropa dövlətlərinin quruculuğuna, yəni post müharibə dövründə quruculuğuna xidmət edən bir plan idi. Amma Prezident İlham Əliyevin həyata keçirdiyi plan isə məhz Azərbaycanın öz milli resursları, milli imkanları hesabına və Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı bir proqramdır ki, bu möhtərəm Cənab Prezidentin qeyd etdiyi kimi Livan qədər ərazisi olan bir torpaqların sıfırdan yenidən qurulması və Azərbaycanın bir siyasi, iqtisadi, sosial proseslərinə inteqrasiya edilməsini özündə ehtiva edən bir məqamdır. O ki qaldı diplomatik korpusun səfəri ilə əlaqədar möhtərəm Cənab Prezidentin tapşırığı əsasında bu səfərlərimiz həyata keçirilir. 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatın imzalanmasından sonra 7 bu qəbildən olan səfərlər həyata keçirilib. Bu səfərlərdə də ilkin mərhələdə əsas məqsədimiz Ermənistanın 30 il işğal altında olmuş torpaqlarda törədilmiş vandalizmi real faktlar əsasında və öz gözləri ilə görmək şərti ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasından ibarət idi. Hətta biz bunları şərti olaraq bir faktqiymətləndirici missiya da adlandıra bilərdik. Çünki, diplomatlar gördüklərini qeydə alırlar və öz ölkələrinə məruzələr təqdim edirlər. Çünki, biz bir müqaisəni də sezə bilərik burda, əgər ilkin dövrdə erməni propaqandasının təsiri altında Azərbaycana qarşı müəyyən ittihamlar sürülürdü ki, sanki orda erməni irsi dağıdılacaq və s. Amma o dağıntını görəndən sonra, demək olar ki, heç kim özündə danışmağa belə cəsarət tapa bilmədi. Çünki heç nə ilə müqayisə oluna bilməyəcək bir dağıntı miqyası idi. Amma burada mən bir keyfiyyət fərqini də, məzmun fərqini də qeyd etmək istərdim. Bu birinci növbədə bizim özümüz üçün bu fərqi hiss edirik, eyni zamanda xarici tərəf müqabilləri də bunu görürlər. Beləki ilkin mərhələdə, əgər biz yalnız dağıntıları görürdüksə, amma qısa müddət ərzində biz paralel olaraq quruculuq prosesinin də şahidi oluruq və bu minvalla məsələn Şuşa şəhərinə Cənab Prezidentin tapşırığı əsasında diplomatik korpusun aparılması zamanı diplomatik korpusun nümayəndələri də özləri gözləri ilə Zəfər Yolunu gördülər. Füzuli Aeroportunun tikilməsini, orada elektrik stansiyalarını. Bu gün də Cənab Prezidentin izi ilə, ümumiyyətlə bunu da haşiyəyə çıxaraq qeyd etmək istəyərdim ki, bizim bu protokol qaydamız ondan ibarətdir ki, Cənab Prezidentin səfəri olur və Cənab Prezidentin səfərinin ardınca, onun izi ilə biz diplomatik korpusun nümayəndələrinin səfərini təşkil edirik. Suqovuşandakı bugünkü səfərimiz və Talışda olan səfərimiz də bu minvalla həyata keçirilən tədbirlərdən biridir.
-44 günlük müharibədə biz sizinlə bir səfər təkamülü yaşadıq. Prezident İlham Əliyevin bu 44 günlük müharibədə apardığı informasiya-təbliğat işinin bu iki qanadı barədə də soruşmaq istəyirəm. Nə baş verirdi. Prezident mətbuata müsahibə verirdi, eyni zamanda diplomatların bu ərazilrə səfəri təşkil olunurdu. Müharibənin gedişindən əvvəl də belə oldu, müharibənin gedişində də belə oldu, müharibə bitəndən sonra da. Bu yaxnlarda yenə də Azərbaycan Prezidenti dünyanın, Avropanın nüfuzlu informasiya strukturlarına müsahiblər veir və oxşar situasiyanı köçürdürük işğaldan azad olunmuş ərazilərimizə. Effektdən razısınızmı? Yəni gözlədiyimiz effekti, gözlədiyimiz nəticəni ala bilirikmi? İnformasiya blokadasını Azərbaycan sındıra bilirmi? 1992-ci ildə bu baş vermədi. Yadımdadır.
-Düşünürəm ki, ilk növbədə siz tamamilə düzgün qeyd etdiniz informasiya savaşında möhtərəm Cənab Prezidentin bilavasitə xarici mediaya çıxışları və müsahibələri. Biz Vətən Müharibəsi vaxtı da bunu gördük, möhtərəm Cənab Prezident 30-dan artıq müxtəlif səpkili və müxtəlif dünyanın aparıcı televiziya və digər mətbuat orqanlarına müsahibələr verildi. Burada biz coğrafi bir təsnifat da aparsaq demək olar ki, əsas dünyanın bütün coğrafi məkanları informasiya nöqteyi-nəzərindən tam şəkildə təmin olunmuş oldu. Burada birinci rusdilli auditoriya, müxtəlif əsas aparıcı Rusiya televiziya vasitələri ilə və informasiya vasitələri ilə, ikincisi ingilisdilli, fransızdilli, ispandilli, ərəbdilli, hətta Uzaq Şərq, yəni Yaponiya televiziyasını da özündə əhatə edən müxtəlif intervyular verildi. Bunların toplam sayı 30-dan artıq idi. Bu informasiya blokadasının yarılması və müharibənin reallıqlarının çox operativ şəkildə, dolğun şəkildə və ölkənin Birinci Şəxsi, yəni möhtərəm Cənab Prezidentin şəxsində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması idi. Onun ardıca da biz bugün görə bilərik ki, beynəlxalq tribunalardan istifadə edərək cənab Prezident tərəfindən son olaraq BMT Baş Assambleyasının tribunasından, həmçinin Müstəqil Dövlətlər Birliyinin tribunasından son sammit keçiriləndə də cənab Prezident münaqişə və Ermənistanın törətdiyi vəhşiliklər haqqında da beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Eyni zamanda da yenə də Cənab Prezident eyni xətti davam etdirərək dünyanın aparıcı media orqanları ilə birbaşa təmasa keçir, onların öz düşüncələri ilə, yəni ki, ən provokativ sualları da belə verməyə cəhd göstərdilər. Hesab edirik ki, Prezidentin çətin sual anlayışı yoxdur. Hər bir sualın məntqli, dolğun cavabı var. Ona görə də bu kimi müsahibələr və cənab Prezidentin dünya mediası ilə birbaşa təmasları Azərbaycan həqiqətlərinin, reallıqlarının çatdırılması baxımından çox vacib və fundamental addımdır. Amma burada eşitməməzlik kimi bir siyasətin yürüdülməsi, ənənəvi olaraq ikili standartlar, qərəzliliklər, Azərbaycana qarşı qarayaxma kampaniyaları, qara və çirkin propaqandaların aparılmasına biz artıq öyrəşmişik. Bu tendensiyalar bu gün də var. Təəssüflə qeyd etməliyik ki, bundan sonra da davam edəcək. Amma bu heç bir halda bizi çəkindirməməlidir ki, öz həqiqətlərimizi olduğu kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda bundan sonra da davam edəcəyik. Və bu prosesin də bilavasitə öndəri cənab Prezidentdir.