Dağıstanda 5,7 bal gücündə zəlzələ olub –Azərbaycanda da hiss edilib

Dağıstanda zəlzələ baş verib.

Zəlzələnin maqnitudası 5,7, dərinliyi 5 km olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ Dağıstanda Mahaçqaladan 82 km cənub-cənub qərbdə qeydə alınıb. Zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.