Dağıstanda matəm elan olunub

Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı 11-ə çatıb, daha 11 nəfər yaralanıb.

Azpost.info bildirir ki, hadisə yerində dağıntıların təhlili davam edir.

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olanların xatirəsinə şənbə günü Dağıstanda bir günlük matəm elan edilib. Faktla bağlı cinayət işi açılıb. Respublikanın hər yerində dövlət bayraqları yarıya qədər endiriləcək.

Mədəniyyət və televiziya qurumlarından əyləncə tədbirlərinin və proqramların ləğvi tələb olunub.

Əvvəlki məqalə

İsrail Beyruta zərbə endirib, “Hizbullah”ın hərbi komandirləri həlak olub

Sonrakı məqalə

“Hizbullah” liderinin qızının həlak olduğu barədə məlumat yayılıb